Bank Of Baku

BMT-də terrorçuluqla mübarizə mərkəzi yaradılacaq

BMT-də terrorçuluqla mübarizə mərkəzi yaradılacaq
# 20 sentyabr 2011 04:50 (UTC +04:00)
Bakı-APA. BMT-də terrorçuluqla mübarizə üçün mərkəz yaradılacaq. Bu barədə BMT baş katibi Pan Gi Mun məlumat verib.

Mərkəz Səudiyyə Ərəbistanı krallığının maliyyə dəstəyi ilə yaradılır. Krallıq bu məqsədlə BMT-yə 10 milyon dollar ayıracaq.

«BMT Səudiyyə Ərəbistanı krallığı ilə Birləşmiş millətlərin terrorçuluqla mübarizə mərkəzinin yaradılması barədə razılaşma imzalayıb», deyə Pan Gi Mun bildirib.

Baş katib həmçinin «Terrorçuluqla mübarizəyə dair hərtərəfli konvensiya» üzərində iş getdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR