Bank Of Baku

Bill Geyts yenidən ABŞ-ın ən varlı adamıdır

Bill Geyts yenidən ABŞ-ın ən varlı adamıdır
# 22 sentyabr 2011 04:51 (UTC +04:00)
Bakı-APA. Forbes jurnalının reytinqinə görə Bill Geyts ABŞ-ın ən varlı sakinidir. Microsoft şirkətinin qurucularından biri olan 55 yaşlı Geytsin var-dövləti 59 milyard dollardır. Bu əvvəlki lider 81 yaşlı sərmayəçi Uorren Baffetin var-dövlətindən 20 milyard çoxdur.

Bir il ərzində Geytsin var-dövləti 5 milyard artıb. Baffet isə əksinə 6 milyard itirib. Üçüncü yerdə Oracle korporasiyasının qurucusu və başçısı Larri Ellison gəlir. Onun var-dövləti 33 milyard dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR