Bank Of Baku

İran prezidentinin BMT-nin Assambleyasında çıxışı zamanı ABŞ nümayəndə heyəti zalı tərk edib

İran prezidentinin BMT-nin Assambleyasında çıxışı zamanı ABŞ nümayəndə heyəti zalı tərk edib
# 22 sentyabr 2011 21:55 (UTC +04:00)
Bakı-APA.İran prezidenti Mahmud Əhmədinejadın BMT-nin Baş Assambleyasının 66-cı sessiyasındakı çıxışı zamanı ABŞ, Kanada, İsrail və bir necə Avropa ölkələrinin nümayəndə heyəti zalı tərk edib.
İran prezidenti Qərb ölkələrini, İsraili, BMT-ni sərt tənqid edib. O deyib ki, ABŞ və Aİ ölkələri dünyada hakim olmaq üçün səy göstərirlər. ABŞ 2001-ci ilin 11 sentyabr hadisələrini bəhanə gətirərək Əfqanıstanı və İraqı işğal edib.İran liderinin çıxışının əksər hissəsi ABŞ-a qarşı ittihamlardan ibarət olub.
Eyni zamanda o BMT-dən “dünya ölkələri arasında münasibətlərdə yeni qaydaların tətbiq olunmasını” tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR