Bank Of Baku

Barak Obama Cənubi Sudan prezidenti ilə görüşüb

Barak Obama Cənubi Sudan prezidenti ilə görüşüb
# 23 sentyabr 2011 02:25 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama yeni müstəqillik qazanan Cənubi Sudanın prezidenti Salva Kiirlə görüşüb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, BMT-nin Baş Assambleyası çərçivəsində təşkil edilən görüş zamanı Obama Cənubi Sudan xalqına yardım göstəriləcəyinə vəd verib. Liderlər heç bir açıqlama verməyiblər. Lakin ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rodes bildirib ki, prezident Obama Kiiri sülh razılığının şərtlərinə əməl edilməsinə çağırıb. Onların qanunun aliliyi, şəffaflıq və iqtisadi tərəqqi kimi məsələləri də müzakirə etdikləri bildirilir. Cənubi Sudan iyul ayının 9-da referendumun nəticəsi olaraq müstəqilliyini elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR