Bank Of Baku

Terrorçuluğa qarşı çoxmillətli təşkilat ekstremizmlə mübarizəyə $75 mln ayıracaq

Terrorçuluğa qarşı çoxmillətli təşkilat ekstremizmlə mübarizəyə $75 mln ayıracaq
# 23 sentyabr 2011 04:43 (UTC +04:00)
Bakı-APA. Nyu-Yorkda yeni təsis edilmiş terrorçuluğa qarşı çoxmillətli təşkilatın ilk iclasında qərara alınıb ki, ekstremizmlə mübarizə aparan dövlətlərə yardım üçün $75 mln ayrılsın.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Qlobal Terrorizmə Qarşı Forum adlanan bu təşkilat Avropa İttifaqı və 29 digər ölkənin üzvlüyü ilə təsis edilib. Təşkilatda ABŞ, Türkiyə, Rusiya, Avstraliya, Misir, Səudiyyə Ərəbistan, Hindistan, Pakistan və digər Asiya, Yaxın Şərq və Avropa ölkələri var.
Forumun iclasında qərara alınıb ki, Əbu-Dabidə (BƏƏ) terrorçuluqla mübarizə beynəlxalq mərkəzi yaradılsın.
Burada terrora məruz qalmış ölkələrin nümayəndələri ekstremizmlə mübarizənin en effektiv yolları, təhlükəsizliyin təmin olunmasının müasir metodlarını öyrənə biləcəklər.
ABŞ Dövlət departamentin nümayəndəsi bildirib ki, forumun qəbul etdiyi qərarlar dünyanın müxtəlif ölkələrində vətəndaş institutların möhkəmlənməsinə qulluq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR