Bank Of Baku

ABŞ Dövlət Departamenti İranda insan haqlarının vəziyyətindən narahatdır

ABŞ Dövlət Departamenti İranda insan haqlarının vəziyyətindən narahatdır
# 27 yanvar 2012 15:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Dövlət Departamenti İranda jurnalistlərə qarşı təqib və təzyiqlərlə bağlı narahatlığını bildirib. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland rəsmi Tehranın seçkiqabağı söz azadlığını məhdudlaşdırmasını pisləyib, bu addımı xalqın informasiya əldə etmək hüququnu qarşısının alınması kimi dəyərləndirib: “İki həftə içərisində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları 5 jurnalisti həbs edib, 2 blogger (Səid Məlikpur və Vəhid Əsgəri) yerli məhkəmələr tərəfindən edama məhkum olunub”.

Onun sözlərinə görə, İran hökuməti ölkədə insan haqlarını davamlı şəkildə pozur: “Biz rəsmi Tehrandan beynəlxalq qanunlara hörmət etməsini tələb edirik. Eyni zamanda rəsmi Tehranı BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhidlə əməkdaşlıq etməyə və onun bu ölkəyə səfər etməsinə icazə verməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR