Bank Of Baku

Yuliya Timoşenkonun qızını ABŞ Senatında çıxış etməyə dəvət ediblər

Yuliya Timoşenkonun qızını ABŞ Senatında çıxış etməyə dəvət ediblər
# 28 yanvar 2012 04:28 (UTC +04:00)
Bakı-APA. ABŞ Senatının xarici əlaqələr komitəsinin Avropa məsələləri komitəsi Ukraynanın keçmiş baş naziri, hazırda həbsdə olan Yuliya Timoşenkonun qızı Yevgeniyanı fevralın birində keçiriləcək dinləmələrə dəvət edib. APA bu barədə Timoşenkonun internet saytına istinadən məlumat verir.

Diskussiyanın mövzusu «Ukrayna yol ayrıcında: ABŞ və Avropa üçün nə vəd olunur» adlanır. Dinləmələrə senator Cin Şahin sədrlik edəcək. Dinləmələrdə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer də iştirak edəcək. Payfer hazırda Vaşinqtonun ən nüfuzlu politoloji mərkəzlərindən olan Brookings Institution-da işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR