Bank Of Baku

Braziliya paytaxtında hündür mərtəbəli bina çöküb

Braziliya paytaxtında hündür mərtəbəli bina çöküb
# 28 yanvar 2012 10:37 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Braziliyada hündür mərtəbəli binanın çökməsi nəticəsində 15 nəfər həlak olub. APA-nın «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Rio-de-Janeyro şəhərində baş verib.

Belə ki, 20 mərtəbəli binada aparılan qeyri-qanuni tikinti işləri binanın uçmasına səbəb olub. Nəticədə, binanın 6-cı mərtəbəsində kompüter dərsləri keçən insanlar dağıntılar altında qalıb. Qəza zamanı 15 nəfər ölüb, 12 nəfər itkin düşüb. Binanın uçması yaxınlıqda olan digər iki evin də dağılmasına səbəb olub. Dağıntılar altında həlak olmuş insanların cəsədlərinin axtarışı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR