Bank Of Baku

ABŞ Yaxın Şərqə nəhəng döyüş gəmisi göndərməyə hazırlaşır

ABŞ Yaxın Şərqə nəhəng döyüş gəmisi göndərməyə hazırlaşır
# 29 yanvar 2012 11:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti yazı dərc edib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni planına dair ictimaiyyətə məlum olmayan detalları açıqlayan qəzet ABŞ Silahlı Qüvvələrinin bunun üçün nəhəng bir döyüş gəmisi hazırladığını qeyd edib.

Yenidən bərpa olunan gəmi xüsusi hazırlıq keçmiş hərbçilər korpusunu (SEAL) müvəqqəti daşımaqla yanaşı, vertolyot və sürətli kiçik gəmilərə də malik olacaq. “USS Ponce” adlı hərbi gəminin yazın əvvəllərində Yaxın Şərqə göndəriləcəyi, əsasən də Hörmüz boğazında xüsusi tapşırıqlar yerinə yetirəcəyi bildirilib.

Gəmidən xüsusilə İran Hörmüz boğazını bağlayacağı təqdirdə, minatəmizləmə əməliyyatında istifadə ediləcəyi vurğulanıb. Bundan əlavə, “The Washington Post” yazır ki, ABŞ hökumətinin yeni müdafiə strategiyasına əsasən, nüvə başlıqlarını daşıyan B-52 bombardman təyyarələrindən imtina edilməyəcək. Eyni zamanda U-2 casus təyyarələrinin də ömrünün uzadılmasına qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR