Bank Of Baku

Rusiya və Çin Suriyaya dair qətnamənin qəbuluna imkan verməyiblər

Rusiya və Çin Suriyaya dair qətnamənin qəbuluna imkan verməyiblər
# 04 fevral 2012 20:34 (UTC +04:00)
Bakı-APA. Rusiya və Çin BMT TŞ-nın Suriyaya dair qətnaməsinə veto qoyublar.

TŞ-nın 15 üzvündən yalnız ikisi qətnamənin əleyhinə çıxıb.

Qətnamə layihəsi fevralın 2-də tərtib edilib və müəlliflərin fikrincə, Suriyada zorakılığı dayandırmağa yönəlib.

Rusiya və Çin BMT TŞ-nın daimi üzvləri kimi artıq ikinci dəfədir ki, Suriyaya dair qətnamənin qəbul olunmasına imkan vermirlər. İlk dəfə belə bir hadisə 2011-ci ilin oktyabrında baş verib.

2011-ci ilin martından Suriyada hakimiyyət və müxalifət arasında qarşıdurma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR