Bank Of Baku

Latın Amerikası Ölkələri Birliyi İranın nüvə fəaliyyətini dəstəkləyən qətnamə qəbul edib

Latın Amerikası Ölkələri Birliyi İranın nüvə fəaliyyətini dəstəkləyən qətnamə qəbul edib
# 05 fevral 2012 00:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Fevralın 3-də Latın Amerikası Ölkələri Birliyinin (ALBA) xarici işlər nazirlərinin toplantısında İranın mübahisəli nüvə proqramını dəstəkləyən qətnamə qəbul olunub. APA-nın məlumatına görə, bu barədə Venesuelanın İrandakı səfiri David Velaskez Karaballo məlumat verib. Onun sözlərinə görə, ALBA-nın xarici işlər nazirləri İranın sülhsevər nüvə fəaliyyətini dəstəkləyən qətnamə çıxarıb: “ALBA xarici işlər nazirləri bu qətnamədə İrana qarşı sanksiya və təhdidləri pisləyib”.
Qeyd edək ki, Venesuela, Kuba, Boliviya, Nikaraqua, Ekvador, Antikva və Barbuda, Dominikan, Sent Vinsent və Qrenadin ALBA-nın daimi üzvləridir, Uruqvay, Haiti, Qrenada və İran isə birliyin müşahidəçi üzvləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR