ABŞ konqresmeni Ağ Evi Azərbaycana yeni səfir təyinatı üçün namizəd irəli sürməyə, Senatı isə onu təsdiqləməyə çağırıb
08 fevral 2012 01:16 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresi Nümayəndələr Palatasında Azərbaycan məsələləri üzrə işçi qrupunun həmsədri Dən Boren bəyanatla çıxış edərək Ağ Evi Azərbaycana yeni səfir təyinatı üçün namizəd irəli sürməyə, Senatı isə onu təsdiqləməyə çağırıb.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 18-də etimadnaməsini prezident Obamaya təqdim edən Azərbaycanın səfiri Elin Süleymanovu Vaşinqtonda salamlayan konqresmen həmkarlarına xatırladıb ki, Azərbaycandan fərqli olaraq, ABŞ-ın Bakıda səfir postu yenə də boşdur. O, deyib ki, bir il vakant qaldıqdan sonra prezident Obama 2010-cu ildə Mətyu Brayzanı təsdiqlənmə prosesi ləngidiyinə görə səfir təyin edib. Lakin, təəssüf ki, Senat onun namizədliyini səsə qoymayıb və Brayza bu yaxınlarda ABŞ-a qayıdıb.
Oklahomalı konqresmen vurğulayıb ki, Azərbaycan ABŞ qoşunlarını Əfqanıstana vacib nəqliyyat marşrutu ilə təchiz edən və Xəzər hövzəsinin neft və qaz ehtiyatlarını Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq bölgəsinə aparan əsas strateji tərəfdaşlardan biridir. Amerika-Azərbaycan münasibətlərinin vacibliyini nəzərə alaraq, bu ölkədə səfirin olmaması yolverilməzdir. Boren deyib: “Biz, azsaylı müsəlman müttəfiqlərimizdən biri olan ölkə üçün düz olanı etməliyik.” O, həmkarlarına da Administrasiyanı Azərbaycana yeni səfir təyinatı üçün namizəd irəli sürməkdə tələsdirməyi, Senati isə ABŞ-ın milli təhlükəsizliyi maraqlarını nəzərə alaraq, tezliklə bu namizədliyin təsdiqinə çağırmağı məsləhət görüb.

Amerika
Blinken: "ABŞ və Avropa Ukraynanı silahla təmin etmək üçün əlindən gələni edir"
20:26
12 may 2024
Qvatemalada 6,5 maqnitudalı zəlzələ olub
19:02
12 may 2024
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs ölüb
14:01
12 may 2024
Bayden: Qəzzada atəşkəs HAMAS girovlarının azad edilməsindən sonra olacaq
05:53
12 may 2024