Bank Of Baku

Özbəkistan vətəndaşı Barak Obamanı öldürmək istədiyini etiraf edib

Özbəkistan vətəndaşı Barak Obamanı öldürmək istədiyini etiraf edib
# 11 fevral 2012 04:56 (UTC +04:00)
Bakı-APA. Özbəkistan vətəndaşı Uluqbəy Qədirov seçki kampaniyası dövründə ABŞ prezidenti Barak Obamanı öldürmək niyyətindən olduğunu etiraf edib. Bu barədə Alabama ştatının şimal mahalının prokurorluğunun nümayəndələri məlumat veriblər.

22 yaşlı Qədirov ABŞ-a 2009-cu ildə tələbə vizası ilə gəlib. Ali məktəbə daxil ola bilməyən Qədirovun vizası bir ildən sonra ləğv olunub. O keçən il iyulun 13-də Birminhem şəhərinin otellərindən birində M15 tüfəngini aldıqdan sonra həbs olunub.

Alabama ştatının şimal mahalının prokuroru Coys Uayt Vensin bildirdiyinə görə, «radikal islamçı olan Qədirov dəfələrlə prezident Barak Obamanı öldürəcəyini və bununla dünya müsəlmanlarının qisasını ABŞ-dan alacağını bəyan edib». Qədirov özünü «Əmir» adlandıran və Özbəkistan İslam hərəkatının nümayəndəsi kimi təqdim edən bir şəxsdən göstəriş alırmış.

İndi Qədirovu 30 illik həbsxana həyatı və 750 min dollar həcmində cəza gözləyə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR