Bank Of Baku

Kolumbiyada qiyamçılar 3 hərbçini qətlə yetiriblər

Kolumbiyada qiyamçılar 3 hərbçini qətlə yetiriblər
# 11 fevral 2012 19:41 (UTC +04:00)
Bakı-APA. Kolumbiyada FARK radikal solçu qiyamçı qruplaşması pusqu quraraq 3 hərbiçini qətlə yetirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Kolumbiya hökuməti bildirib ki, hadisə Velye-del-Kauta əyalətində baş verib. Hərbiçilər patrul çəkən zaman qiyamçılar onlara bir neçə qumbara atıblar.
Hücum Kolumbiyanın gərbində iki polis məntəqəsinin partladılandan bir həftə sonra baş verib.
Keçən ilin noyabrında Kolumbiyada ən iri radikal solçu qruplaşması olan FARK-ın lideri Rodriqo Lomeno seçilib. FARK-ın sabiq lideri Alfonso Kano ölkənin cənub qərbində xüsusi əməliyyat nəticəsində öldürülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR