Bank Of Baku

ABŞ-da İsrail diplomatları güclü mühafizə olunurlar

ABŞ-da İsrail diplomatları güclü mühafizə olunurlar
# 15 fevral 2012 04:51 (UTC +04:00)
Bakı-APA. ABŞ-da İsrail diplomatları görünməmiş dərəcədə mühafizə ilə təmin olunublar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaxan zamanlarda İsrailin İrana zərbə endirəcəyi barədə yayılan şayiələr fonunda ABŞ təhlükəsizlik xidməti İsrail diplomatlarına qarşı “bir sıra hücumların” baş verməsindən ehtiyat edirlər. ABC telekanalı bildirib ki, ABŞ-da İsrail rəsmi şəxslərinin mühafizəsi son beş ildə ən yüksək səviyyədə təşkil olunub. İsrail və ABŞ xüsusi xidmətləri bildiriblər ki, hal hazırda diplomatlara qarşı hazırlanan hər-hansı hücum barədə məlumat yoxdur.
Bununla belə Hindistan, Tailand və Gürcüstandan fərqli olaraq ABŞ-da İsrail diplomatlarına qarşı terror aktı planını həyata keçirmək olduqca çətin olacaq.
ABŞ mediasının verdiyi xəbərə görə, bu ölkələrdə İsrail qarşı terror aktlarını İran planlaşdırıb və həyata keçirib.
Amerikanın xüsusi xidmət əməkdaşı deyib: “Əlbəttə hesab etmək olar ki, İran müharibə vəziyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR