Bank Of Baku

Hondurasda həbsxanada baş verən yanğında ən azı 272 məhbus yanaraq ölüb

Hondurasda həbsxanada baş verən yanğında ən azı 272 məhbus yanaraq ölüb
# 15 fevral 2012 14:30 (UTC +04:00)
APA-nın məlumatına görə, həbsxananın direktoru Danilo Orellana ən azı 200 nəfərin öldüyünü rəsmən təsdiqləyib. İnsident dünən Komayaqua şəhərində baş verib. Yanğın nəticəsində həlak olanların sayının artacağı güman olunur. Ümumilikdə həbsxanada 850-yə yaxın məhbus olub. Hazırda güclü yanıq dərəcələri ilə xəstəxanalara gətirilən yaralılardan 30-nun vəziyyətinin ağır olduğu bildirilir. Bəzi məhbuslar yanan həbsxananı damdan atılmaqla tərk etməyə müvəffəq olublar. Hakimiyyət orqanları bir çox məhbusun fürsətdən istifadə edərək qaça biləcəyindən ehtiyatlanır. Yanğının səbəbləri açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR