Bank Of Baku

Vaşinqton Rusiyanı Suriyanın dostu hesab etmir

Vaşinqton Rusiyanı Suriyanın dostu hesab etmir
# 18 fevral 2012 01:48 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bildirib ki, Vaşinqton Rusiyanı suriyalıların dostu hesab etmir və ona görə də Moskva «Suriyanın dostları»nın görüşünə dəvət edilməyəcək.

Rusiya və Çin artıq iki dəfə BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnamə qəbul etməsinə mane olublar.

«Siz Suriya xalqının dostu olmalısınız. Konfransa dəvət edilmək üçün sözdə və əməldə Suriya xalqını, BMT Baş Assambleyasının dünənki qətnaməsini, Ərəb Dövlətləri Liqasının Suriyada nizamlanmaya dair təkliflərini dəstəkləməlisiniz. Çin bu ölkələrin sırasına daxil olmur, Rusiya da həmçinin», deyə Nuland bildirib.

«Suriyanın dostları»nın konfransı fevralın 24-də Tunisdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR