Bank Of Baku

ABŞ Türkmənistanda keçirilən seçkiləri pisləyib

ABŞ Türkmənistanda keçirilən seçkiləri pisləyib
# 22 fevral 2012 04:25 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamenti Türkmənistanda keçirilən prezident seçkilərinin qeyri azad və ədalətsiz olduğunu bildirib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentin bəyanatında deyilir. Qeyd olunub ki, ölkədə seçkilər ərəfəsində yaradılan şərait azad siyasi rəqabətin aparılmasına imkan verməyib. Bununla yanaşı Türkmənistanda “fundamental azadlıqlar məhdudlaşdırılıb ”. BMT və ATƏT-in seçkilərə müşahidəçilərini göndərməməyi bu faktları bir daha təsdiq edir.
Xatırladaq ki, Türkmənistanda keçirilən prezident seçkilərində mövcud dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov 97%-dən çox səs toplayaraq yenidən prezident seçilib.
Türkmənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, səsvermədə 96%-dən çox seçicinin iştirak edib. Seçkidə 8 namizəd mübarizə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR