Bank Of Baku

Braziliyaya məxsus aviadaşıyanda yanğın baş verib, 1 nəfər həlak olub

Braziliyaya məxsus aviadaşıyanda yanğın baş verib, 1 nəfər həlak olub
# 23 fevral 2012 03:49 (UTC +04:00)
Bakı-APA. Braziliya Hərbi-Dəniz qüvvələrinə məxsus «San-Paulu» aviadaşıyan gəmisində yanğın baş verib. Nəticədə bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə Braziliya HDQ mətbuat xidməti məlumat yayıb.

Hadisə gəmi limanda olduğu vaxt baş verib. Yanğın söndürülüb. Yanğına qısaqapanmanın səbəb olduğu bildirilir.

«San-Paulu» Braziliya HDQ-nin yeganə aviadaşıyanıdır. O 2000-ci ildə Fransadan alınıb. Gəmidə 30 təyyarə və 2 helikopter yerləşə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR