Bank Of Baku

Uqo Çaves əməliyyat olunmaq üçün Kubaya gedib

Uqo Çaves əməliyyat olunmaq üçün Kubaya gedib
# 25 fevral 2012 03:18 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves cərrahi əməliyyat olunmaq üçün Kubaya gedib.

Venesuela Milli assambleyası Çavesə Kubaya getmək üçün icazə verib. Ölkə konstitusiyasına görə dövlət başçısı xaricdə 5 gündən artıq qalmağı planlaşdırırsa, parlamentdən icazə istəməlidir.

Fevralın 21-də Uqo Çaves daha bir cərrahi əməliyyata ehtiyacı olduğunu bildirib. O bildirib ki, həkimlər ötən il xərçəng şişinin kəsilib götürüldüyü nahiyədə zədə aşkar ediblər. O yeni əməliyyatın əvvəlkindən yüngül olacağını qeyd edib.

Çaves ötən il də məhz Kubada əməliyyat olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR