Bank Of Baku

Boliviyada iki jurnalist qətlə yetirilib

Boliviyada iki jurnalist qətlə yetirilib
# 27 fevral 2012 22:42 (UTC +04:00)
Bakı-APA. Boliviyada naməlum şəxslər dövlət televiziyasının 36 yaşlı aparıcısı Veronika Pyaskonu və onun qardaşı, radio aparıcısı Viktor Ugonu boğaraq öldürüblər.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, yerli polis bildirib ki, jurnalistlərin meyiti El-Alto şəhərində yolun kənarında aşkar olunub. Onlar keçən həftənin sonunda işə gediblər və bir daha jurnalistləri görən olmayıb. Boliviya hökumətinin nümayəndəsi bildirib ki, bu cinayətlə bağlı istintaq dövlətin diqqət mərkəzindədir.
Boliviya Milli Mətbuat Assosiasiyasının məlumatına görə, 2011 ildə bu ölkədə 46 jurnalist hücuma məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR