Bank Of Baku

ABŞ: «İran probleminin həlli üçün hələ vaxt var»

ABŞ: «İran probleminin həlli üçün hələ vaxt var»
# 01 mart 2012 04:43 (UTC +04:00)
Bakı-APA. İranın nüvə probleminin sülh yolu ilə tənzimlənməsi üçün hələ vaxt var. Ağ Evin mətbuat katibi Cey Karni belə bəyan edib.

«Bizim yanaşmamız belədir: Problemin diplomatik həll yolu ilə davam etmək və eyni zamanda çox aqressiv sanksiyalar tətbiq etmək. Biz İrana təzyiqi artıracağıq», deyə Karni bildirib.

O qeyd edib ki, hələlik Tehran nüvə silahı hazırlamaq üçün lazım olan «müəyyən astana»nı keçməyib.

«Ona görə də prezident Barak Obama hakimiyyətə gəldiyi gündən həyata keçirdiyimiz siyasəti davam etdirmək üçün hələ vaxt var», deyə Ağ Evin nümayəndəsi əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR