Bank Of Baku

Pan Gi Mun: Müxalifətin silahlandırılması Suriyadakı böhranı həll etməyəcək

Pan Gi Mun: Müxalifətin silahlandırılması Suriyadakı böhranı həll etməyəcək
# 03 mart 2012 00:51 (UTC +04:00)
Bakı-APA. Müxalifətin silahlandırılması Suriyadakı böhranın həllinə yardım etməyəcək. BMT baş katibi Pan Gi Mun Baş Assambleyada etdiyi çıxış zamanı bu fikirləri işlədib.

«Müxalifətin silahlandırılması vəziyyətdən çıxış yolu deyil. Dünya ictimaiyyəti problemin diplomatik yolla həll olunması üçün bütün imkanlardan istifadə etməlidir», deyə baş katib bəyan edib.

Eyni zamanda Pan Gi Mun Suriya hökumət strukturlarının hərəkətlərini də tənqid edib.

«Suriya xüsusi xidmət orqanları və «Şəbihi» bölmələri (polis) dinc sakinlərə atəş açıblar, bir çox hallarda işgəncə tətbiq edərək jurnalistlər, fəallar, adi sakinlər və hətta uşaqları qeyri-qanuni olaraq həbs ediblər», deyə baş katib əlavə edib.

«Bütün bunlar müxalifəti silahlanaraq döyüşməyə məcbur edib», deyə Pan Gi Mun bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR