Bank Of Baku

ABŞ-da baş verən tornado nəticəsində ən azı 28 nəfər həlak olub

ABŞ-da baş verən tornado nəticəsində ən azı 28 nəfər həlak olub
# 03 mart 2012 07:20 (UTC +04:00)
Bakı - APA. ABŞ-ın şərqində baş verən silsilə tornadolar nəticəsində ən azı 28 nəfər ölüb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, daha çox zərər İndiana ştatına dəyib. Burada 15 nəfər həlak olub, Merisvill şəhəri faktiki olaraq dağılıb. Kentukkidə tornado 12 nəfərin həyatına son qoyub. Ohayo, Tennessi və Alabama ştatlarının əhalisi də təbii fəlakətdən ziyan görüb.

Minlərlə evin elektrik enerjisi kəsilib. Bundan başqa, Alabamadakı ciddi rejimli islah əmək müəssisəsinin binası zədələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR