Bank Of Baku

Meksikalı Karlos Slim yenə də dünyanın ən varlı adamıdır

Meksikalı Karlos Slim yenə də dünyanın ən varlı adamıdır
# 05 mart 2012 23:07 (UTC +04:00)
Bakı-APA. Meksikanın Livan əsilli biznesmeni Karlos Slim 68,050 milyard dollar var-dövlətlə yenidən dünyanın ən varlı adamıdır. Bu barədə Bloomberg-in reytinqində göstərilir.

Bloomberg reytinqi dünyanın ən varlı 20 adamının kapitallarına görə tərtib olunur. İkinci yerdə Microsoft-un qurucusu Bill Geyts (62,4 milyard dollar), üçüncü yerdə amerikalı millyarder Uorren Baffet (43,8 milyard) gedir.

Slim ilk dəfə deyil ki, dünyanın ən varlı adamı titulunu qazanır. 2010-cu ilin yekunlarına görə, o 74 milyard dollarla dünyanın ən varlı adamı olub.

72 yaşlı Slimin əsas biznesi Meksika və Latın Amerikası ölkələrinin telekommunikasiya bazarı ilə bağlıdır. Meksikadakı America Movil, Telcel, Telefonos de Mexico, Altria Group şirkətləri, Grupo Carso holdinqi, Braziliyadakı Embrate şirkətləri ona məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR