Bank Of Baku

ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalardan azad edib

ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalardan azad edib
# 07 mart 2012 01:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Yaponiyanı İrandan neft idxalına tətbiq etdiyi birtərəfli sanksiyalardan azad edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Yaponiyanın xarici işlər naziri Koitiro Qemba məlumat verib. Onun sözlərinə görə, bununla bağlı rəsmi Tokio və Vaşinqton arasında razılaşma əldə olunub: “Razılaşma bu ayın sonuna qədər dəqiqləşəcək və bununla bağlı lazımi açıqlama veriləcək. Ancaq razılaşmanın məzmunu tam olaraq açıqlanmayacaq. Çünki neft bazarına təsir göstərə bilər”.
Qeyd edək ki, bir müddət öncə Yaponiyanın İrandan neft idxalını 11%-ə qədər azaldacağı bildirilsə də, lakin bu xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR