Bank Of Baku

ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək
# 07 mart 2012 15:30 (UTC +04:00)
Bakı – APA. ABŞ Konqresində İrana qarşı yeni və daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlanır. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, qanun layihəsinin mütləq səs çoxluğu ilə qəbul olunacağı gözlənilir, çünki layihənin hazırlanmasında həm respublikaçı, həm də demokrat konqresmenlər iştirak edir.

Layihə qəbul olunduqdan sonra ABŞ hökuməti bütün İran banklarına, eləcə də İranla əməkdaşlıq edən başqa ölkələrin banklarına qarşı sanksiyalar tətbiq edə biləcək. Bundan başqa, İrana etiraz aksiyalarını yatırmaq və əhlini izləmək üçün istifadə olunan texnologiya və avadanlıq satan təşkilatların nümayəndələrinin və fiziki şəxslərin ABŞ-a daxil olmasına icazə verilməyəcək.

Xatırladaq ki, ABŞ bu il yanvarın 1-də İran Mərkəzi Bankına qarşı sanksiya tətbiq etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR