Bank Of Baku

Klinton: «İrana qarşı sanksiyaları sərtləşdirmək lazımdır»

Klinton: «İrana qarşı sanksiyaları sərtləşdirmək lazımdır»
# 10 mart 2012 00:45 (UTC +04:00)
Bakı-APA. İrana qarşı daha sərt sanksiyalar tətbiq etmək lazımdır. ABŞ dövlət katibi Hillari Klinton Cənubi Koreyanın xarici işlər naziri ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.

«Biz Konqresin dünya ictimaiyyətinin İran rejiminin neft satışından əldə etdiyi pulların qarşısını almaq barədə fikirlərini paylaşırıq. Bu kontekstdə biz Cənubi Koreya ilə İran neftinə alternativ axtarışı məsələsində sıx əməkdaşlıq edirik», deyə Klinton bildirib.

Dövlət katibi qeyd edib ki, ABŞ İranın beynəlxalq ictimaiyyətin həyata keçirdiyi tədbirlərin bütün ağırlığını hiss etməyini istəyir.

«Biz həmçinin birmənalı olaraq iranlılara göstərmək istəyirik ki, bütün dünya onların nüvə silahı əldə etmək səylərinə qarşı birləşib», deyə Klinton əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR