Bank Of Baku

ABŞ Konqresinə NATO-nun genişlənməsi barədə qanun layihəsi təqdim olunub

ABŞ Konqresinə NATO-nun genişlənməsi barədə qanun layihəsi təqdim olunub
# 10 mart 2012 04:18 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinə NATO-nun genişlənməsi barədə qanun layihəsi təqdim olunub. Layihə Bosniya-Herseqovina, Makedoniya, Monteneqro, həmçinin Gürcüstanın alyansa qoşulmağını sürətləndirmək məqsədini güdür. Onun müəllifi İndiana ştatından məşhur respublikaçı senator Riçard Luqardır.
Qanun layihəsində bildirilir ki, ABŞ NATO-ya yeni ölkələrin qəbulu məsələsində «açıq qapılar» siyasətini dəstəkləməyə davam etməlidir. Sənəddə ABŞ prezidenti Barak Obamaya NATO-nun bu ilin mayında Çikaqoda keçiriləcək sammitində Bosniya-Herseqovina, Makedoniya, Monteneqro və Gürcüstana təşkilata daxil olmaq üçün dəqiq yol xəritəsi təqdim etmək təklif olunur. Bosniya-Herseqovina, Makedoniya və Çernoqoriyadan fərqli olaraq hələlik Gürcüstana Alyansa üzvlük üçün hərəkət planı təqdim olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR