Bank Of Baku

Qvatemalada 201 dinc sakini işgəncə verərək öldürən hərbçi 6060 il azadlıqdan məhrum edilib

Qvatemalada 201 dinc sakini işgəncə verərək öldürən hərbçi 6060 il azadlıqdan məhrum edilib
# 13 mart 2012 11:54 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmə araşdırması zamanı Pimentelin 20 nəfərlik hərbi qrupla birlikdə hərbi bazalardan birindən oğurlanmış silahlı tapmaq əmri aldığı müəyyənləşib. Silah axtaran dəstə Las-Dos-Erres kəndinə gəlib, yerli sakinlərin əl-qolunu bağlayıb, daha sonra onları boğub və çəkiclə çoxsaylı zərbələr endiriblər. Nəticədə 201 nəfər, o cümlədən bir körpə qətlə yetirilib. Hərbçilər ölən əsgərlərin meyitlərini su quyusuna atıblar. Məhkəmə Pimenteli hər öldürülən şəxsə görə 30 il, hərbi cinayət törətdiyinə görə isə əlavə otuz il azadlıqdan məhrum edib. İttiham olunan şəxs kütləvi qırğın törədilən zaman Panamada ezamiyyətdə olduğunu bildirib. Lakin o günahsızlığı sübuta yetirmək üçün əsaslı dəlillər təqdim edə bilməyib. Pimentel Las-Dos-Erres qırğınında iştiraka görə mühakimə olunan 4-cü şəxsdir. Qeyd edək ki, 1960-1996-cı illərdə Qvatemalada baş verən vətəndaş müharibəsində 250 min nəfər öldürülüb, onların əksəriyyəti mülki şəxslər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR