Bank Of Baku

The Washington Post: Ben Ladenin Obamanın qətlini planlaşdırırmış

The Washington Post: Ben Ladenin Obamanın qətlini planlaşdırırmış
# 16 mart 2012 22:55 (UTC +04:00)
Bakı-APA. Ötən ilin mayında ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanda məhv edilmiş «Əl-Qaidə» lideri Üsamə ben Laden prezident Barak Obama və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, Əfqanıstandakı Amerika qoşunlarının keçmiş komandanı Devid Petreusa qarşı sui-qəsd hazırlayırmış. Terrorçunun Pakistandakı sığınacağında tapılmış sənədlərə əsasən bu sözləri demək olar. Sənədlər «The Washington Post» qəzetində çap olunub.

«Diqqəti onların qətlinə yönəltmək lazımdır. Çünki Obama kafirlərin başçısıdır və onun ölümü ilə prezidentlik avtomatik olaraq Baydenə keçəcək. Bayden bu vəzifəyə tamamilə hazır deyil və bu ABŞ-da böhran yaradacaq. Petreusa gəldikdə isə onun qətli Əfqanıstandakı müharibənin gedişini dəyişəcək», deyə Ben Ladenin qəzetdə çap olunmuş tərəfdarlarına müraciətində deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR