Bank Of Baku

Əfqanıstanda dinc sakinləri qətlə yetirmiş amerikalı hərbçinin adı açıqlanıb

Əfqanıstanda dinc sakinləri qətlə yetirmiş amerikalı hərbçinin adı açıqlanıb
# 16 mart 2012 23:59 (UTC +04:00)
Bakı-APA. Pentaqon Əfqanıstanda dinc sakinlərin qətlində günahlandırılan amerikalı hərbçinin adını açıqlayıb. APA-nın xəbərinə görə, bu barədə Fox News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən şübhəli serjant Robert Bgylsdir. Beyls hazırda Kanzas ştatının Fort-Levenuert bazasındadır. 38 yaşlı hərbçi bura Küveytdən gətirilib.

Martın 4-də Əfqanıstandakı ABŞ ordusunun hərbçisi öz bazasını tərk edərək yaxınlıqdakı kəndin 16 sakinini qətlə yetirib. Bundan sonra hərbçi həbs edilərək bazaya gətirilmiş, daha sonra buradan Küveytə aparılmışdı.

Baş verən hadisə Əfqanıstanda yerli əhalinin hiddətinin artmasına səbəb olub. Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstandakı ABŞ əsgərləri Quran nüsxələrini yandırmışdılar.

ABŞ müdafiə naziri Leon Panetta sözügedən hərbçinin edam oluna bilinəcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR