Bank Of Baku

Venesuela prezidenti Kubada əməliyyat olunduqdan sonra ölkəsinə qayıdıb

Venesuela prezidenti Kubada əməliyyat olunduqdan sonra ölkəsinə qayıdıb
# 17 mart 2012 04:57 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves Kubada cərrahi əməliyyat olunduqdan sonra ölkəsinə qayıdıb.

Fevralın sonlarında Çaves ikinci dəfə Kubada əməliyyat olunub. 2011-ci ildə kubalı həkimlər Çavesin bədənindən bədxassəli şişi kəsib götürmüşdülər. İkinci əməliyyat təxminin birincinin yerində əmələ gəlmiş şişi götürmək üçün edilib.

Venesuelalı həkim Xose Rafael Markina Çavesin xərçəng xəstəliyinin digər orqanlara metastaz verə biləcəyini bəyan edib. Çavesin özü bu ehtimalı rədd edir.

Ağır xəstəliyə baxmayaraq Çaves bu ilin fevralında keçiriləcək prezident seçkilərində iştirak etmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR