Bank Of Baku

Uqo Çaves müalicə olunmaq üçün Kubaya yola düşüb

Uqo Çaves müalicə olunmaq üçün Kubaya yola düşüb
# 25 mart 2012 05:49 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves şüa terapiyası kursu keçmək üçün yenidən Kubaya yola düşüb. Bu barədə Venezolana de Television telekanalı məlumat yayıb.

Müalicə martın 25-də başlayacaq.

Çavesin sözlərinə görə müalicə 4-5 həftə çəkəcək. Uqo Çaves fevralın sonlarında Kubada əməliyyat olunmuşdu. 2011-ci ildə kubalı həkimlər Çavesin bədxassəli şişini kəsib götürmüşdülər. 2012-ci ilin fevralında kəsilmiş şişin yerində əmələ gəlmiş yeni şiş də kəsilərək götürülüb.

Venesuela prezidenti özünü yaxşı hiss etdiyini və oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. Seçkilərdə onun rəqibi müxalifətin vahid namizədi Enrike Kapriles olacaq. Sorğuların nəticələrinə görə, rəqiblərin şansları bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR