Bank Of Baku

Çilidə zəlzələ olub

Çilidə zəlzələ olub
# 26 mart 2012 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Çilidə 7,2 bal gücündə zəlzələ baş verib. APA-nın xarici məlumatına görə, yerli vaxtla saat 01:37-də baş vermiş zəlzələnin episentri Çilinin Talca şəhərinin 32 km-də olub. Amerika Geofizika İnstitutu zəlzələnin yerin 30 km dərinliyində baş verdiyini açıqlayıb.

Çili hakimiyyət rəsmiləri isə zəlzələnin 6,4 bal gücündə hiss olunduğunu bildirib. Sahil bölgələrə sunami xəbərdarlığı verilib və əhalinin müvəqqəti evakuasiyasına başlanıb.

İlkin məlumatlara görə, çox az sayda insan yüngül xəsarət alıb. Zəlzələnin ardınca Talca və Konstitusion şəhərlərinə verilən elektrik enerjisi kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR