Bank Of Baku

Dövlət departamenti: ABŞ Suriya müxalifətinə yardım edəcək

Dövlət departamenti: ABŞ Suriya müxalifətinə yardım edəcək
# 27 mart 2012 02:56 (UTC +04:00)
Bakı-APA. ABŞ Kofi Annanın Suriyadakı missiyasının faydası barədə Rusiyanın mövqeyi ilə razıdır, lakin Amerika bölgəyə humanitar yardım çatdırmaq yollarının axtarışından imtina etməyəcək. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland belə bir bəyanatla çıxış edib.

«ABŞ və Rusiya prezidentləri Seulda Suriya mövzusunu hərtərəfli müzakirə ediblər. Lakin biz Suriya müxalifətinə qeyri-hərbi yardım çatdırmaq yollarını axtarmağa başlamışıq. Söhbət rabitə avadanlığından, tibbi yüklərdən və sairədən gedir», deyə Nuland keçirdiyi brifinqdə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR