Bank Of Baku

ABŞ prezidenti: “Gələn il Avropada raket hücumundan müdafiə probleminin həlli istiqamətində Moskva ilə razılaşma əldə olunacağına ümid edirəm”

ABŞ prezidenti: “Gələn il Avropada raket hücumundan müdafiə probleminin həlli istiqamətində Moskva ilə razılaşma əldə olunacağına ümid edirəm”
# 27 mart 2012 07:38 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama ümid edir ki, gələn il Moskva və Vaşinqton Avropada raket hücumundan müdafiə probleminin həlli istiqamətində tərəqqi əldə olunacaq.

“Yaxın 9-10 ay ərzində ekspertlər Raket Hücumundan Müdafiə sisteminin texniki aspektləri üzərində işləyəcəklər. Texniki məsələlər həll olunsa, 2013-cü ildə tərəqqi əldə etmək olar”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama Seulda nüvə təhlükəsizliyinə həsr olunmuş sammit çərçivəsində jurnalistlərlə görüşündə deyib.

“Nizamlanması tələb olunan məsələlər çox mürəkkəbdir. Mən Pentaqon, Konqres və iki partiya ilə məsləhətləşmələr aparmalıyam. Bunun üçün vaxt lazımdır. Bir neçə aydan sonra ABŞ-da prezident seçkiləri keçiriləcək, Rusiyada isə artıq seçkilər keçirilibvə ölkə keçid mərhələsindədir. Biz nüvə arsenalımızı ixtisar etməyə can atırıq. Bunun yolu isə etimad mühitinin möhkəmlənməsindən keçir. Biz böyük dövlətlərik və xüsusi məsuliyyət daşıyırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR