Bank Of Baku

Vaşinqton: «ABŞ Mərkəzi Asiyada yeni hərbi bazalar açmayacaq»

Vaşinqton: «ABŞ Mərkəzi Asiyada yeni hərbi bazalar açmayacaq»
# 27 mart 2012 20:34 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar 2014-cü ildə Qırğızıstanın «Manas» hava limanının ərazisini boşaltdıqdan sonra Mərkəzi Asiyada yeni hərbi bazalar yaratmaq fikrində deyillər. ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk bu bəyanatı səsləndirib.

«Manas əslində hərbi baza deyil, bu hərbi heyətimizi Əfqanıstana ötürən tranzit mərkəzidir. Bizimlə müqaviləni 2014-cü ilədək artıran prezident Atambayevə minnətdarıq», deyə Bleyk bildirib.

Bleyk əlavə edib ki, ABŞ tərəfi qırğız hökuməti ilə tranzit mərkəzinin gələcəyini müzakirə etməyə hazırdır.

ABŞ rəsmisi həmçinin Vaşinqtonun Mərkəzi Asiyada yeni hərbi baza yerləşdirmək barədə planının olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR