Bank Of Baku

Braziliyanın keçmiş prezidenti xərçəng xəstəliyinə qalib gəlib

Braziliyanın keçmiş prezidenti xərçəng xəstəliyinə qalib gəlib
# 28 mart 2012 21:53 (UTC +04:00)
Bakı-APA. Braziliyanın keçmiş lideri 66 yaşlı Luis İnasiu Lula da Silva qırtlaq xərçəngindən tamamilə sağalıb. Bu barədə Agence France-Presse San-Paulu Suriya-Livan xəstəxanasının həkimlərinə istinadən məlumat verir.

Xəstəxananın kommünikesində bildirilir ki, analizlər Da Silvanın qırtlaq xərçəngi şişlərinin yenidən bərpa olunmadığını göstəriblər.

Həkimlər 2011-ci ilin noyabrında Lula da Silvada qırtlaq xərçəngi aşkar ediblər. Onun qırtlağındakı şişlər əməliyyat yolu ilə götürüldükdən sonra keçmiş prezident bir neçə radioterapiya kursu keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR