Bank Of Baku

ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq edib

ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq edib
# 29 mart 2012 06:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi martın 28-də bəyanat yayıb. Sənəddə bildirilir ki, qanunsuz fəaliyyət göstərən və beynəlxalq sanksiyalara əməl etməyən “Iran Maritime Industrial Company”, “Deep Offshore Technology”, “Malship Shipping Agency” və “Modality Limited” sanksiya siyahısına əlavə edilib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir, İranda və Venesuelada ofisi olan “Iran Maritime Industrial Company” və “Deep Offshore Technology” şirkətləri İran İslam İnqilab Keşikçiləri Korpusu (“Sepah”) tərəfindən idarə edilir: “İranın dövlət gəmiçilik şirkətlərinə bağlı olan “Malship Shipping Agency” və “Modality Limited” nəqliyyat şirkətləri isə hərbi yük daşınmasında önəmli rol oynayır. Biz bundan sonra da İrana, xüsusilə də “Sepah”a qarşı qərarlar qəbul edəcəyik. “Sepah” İranın nüvə proqramının həyata keçirilməsində mühüm rol oynayan və terrorizmə dəstək verən qurumdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR