Bank Of Baku

ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar cərimələyib

ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar cərimələyib
# 29 mart 2012 15:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar məbləğində cərimələyib. APA-nın məlumatına görə, bu məbləğ 1983-cü il oktyabrın 23-də Livanın paytaxtı Beyrut şəhərində baş vermiş terror aktı zamanı xəsarət alan iki amerikalıya - Ceyfri Pol Obraen və Diniel Leyn Qaffna kompensasiya kimi ödəniləcək. Çünki ABŞ Federal Məhkəməsi həmin terror aktına görə İranı təqsirkar sayıb.

Qeyd edək ki, 1983-cü il oktyabrın 23-də yerli vaxtla səhər saat 07:00-da “Mercedes-Benz” markalı yük avtomobili 5 ton trotillə Beyrutda sülhməramlı qüvvələrin tərkibində xidmət edən ABŞ və Fransa dəniz piyadalarının yerləşdiyi kazarmaya girərək partlayış törədib. Nəticədə 241 amerikalı hərbçi həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR