Aprelin 13-dən ABŞ-a qeyri-miqrasiya vizası almaq üçün rüsum artırılır
30 mart 2012 09:09 (UTC +04:00)
APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, rüsumun artırılmasına səbəb ödənişlərin qeyri-miqrasiya vizalarının hazırlanması xərclərini ödəməməsidir. Artırılan məbləğ konsulluq xidmətlərinin saxlanması və genişləndirilməsinə, vizalara tələbatın artması səbəbilə işçilərin maaşlarının artırılmasına sərf olunacaq.
Aprelin 13-dən ABŞ-a turist, kommersiya, tranzit, tələbə və jurnalist vizaları üçün rüsum 140 dollardan 160 dollara, H, L, O, P, Q və R tipli vizalar üçün rüsum isə 150 dollardan 190 dollara kimi artırılacaq.
Eyni zamanda qeyd olunan tarixdən miqrasiya vizalarının alınması üçün rüsumlar isə azaldılır. Yaxın qohumlar üçün vizaların verilməsi üçün rüsum 330 dollardan 230 dollara, iş təklifi ilə bağlı vizalar üçün rüsum isə 720 dollardan 405 dollara kimi azaldılıb.

Amerika
Pentaqon Kiyevə silah tədarükü ilə bağlı iclas keçirəcək
23:20
17 may 2024
Texasda qasırğa nəticəsində dörd nəfər ölüb
08:51
17 may 2024
Dövlət Departamenti: ABŞ Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri dəstəkləmir
07:07
17 may 2024
Braziliya Prezidenti İsveçrədə Ukrayna ilə bağlı konfransa getməkdən imtina edib
06:00
17 may 2024