Bank Of Baku

ABŞ vətəndaşı lotereyada 640 milyon dollar udub

ABŞ vətəndaşı lotereyada 640 milyon dollar udub
# 31 mart 2012 08:35 (UTC +04:00)
Bakı-APA. ABŞ-da dünya tarixində ən böyük miqdarda “cek-pot” udulub. APA-nın məlumatına görə, ölkədə keçirilən “Mega Millions” lotereyasının 640 milyon dollarlıq “cek-pot”unu Merilenddə alınmış bilet udub. Bu, lotereyalar tarixində ən böyük uduş hesab olunur.

“Cek-pot”u kimin udduğu məlul olmasa da, təşkilat komitəsi vergilər ödəndikdən sonra həmin şəxsə 350 milyon dollar nağd pul ödənəcəyini açıqlayıb. “Cek-pot”un 640 milyon dollara çatması yanvarın sonlarından bəri bu lotereyada heç kimin əsas uduşu udmaması ilə bağlıdır. Əgər bu həftə də “Cek-pot” uduşa düşməsə, gələn həftə onun miqdarı 950 milyon dollar təşkil edəcəkdi. Təşkilat komitəsi bu həftə 1,5 milyard dollarlıq bilet satıldığını açıqlayıblar. Hər biletin “Cek-pot”u udma şansı 1-in 176 milyona nisbətində olub.
Buna qədər dünyada udulan ən böyük məbləğli “cek-pot” 390 milyon dollar olub. 2007-ci ildə udulan bu uduş iki nəfər arasında bölünüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR