Bank Of Baku

ABŞ Senatı İranda həbsdə olan bəhailərin azad edilməsi ilə bağlı qətnamə qəbul edib

ABŞ Senatı İranda həbsdə olan bəhailərin azad edilməsi ilə bağlı qətnamə qəbul edib
# 31 mart 2012 22:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Senatı İranda həbsdə olan bəhailərin azadlığa buraxılmasını istəyib. APA-nın məlumatına görə, Senat nümayəndələri İranda həbsdə olan bəhai etiqadına mənsub şəxslərin və onların dini rəhbərlərinin azadlığa buraxılmasını tələb edən qətnamə hazırlayıb. Sənəddə İranda dini azlıqların hüquqlarını pozan şəxslərə qarşı sanksiyalar tətbiq edilməsi də istənilib və İran bəhailərin beynəlxalq müqavilələrdə yer alan insan haqlarını pozmaqda təqsirləndirilib. Senator Dik Durbin çıxışında İrandan bəhailərə qarşı təqiblərə son qoyulmasını istəyib. Digər senator Mark Kirk isə bildirib ki, İran hökuməti hüquqları pozulan bəhailərə görə cavab verməlidir: “Bu qətnamə onu göstərir ki, ABŞ İran hökumətini bəhailərin ibtidai haqlarını pozmaqda məsuliyyətli hesab edir”.
Qeyd edək ki, İranın Ali Məhkəməsi 2010-cu ildə bəhai cəmiyyətinin 7 rəhbərini milli təhlükəsizliyə qarşı çıxmaqda və İsrailə casusluqda təqsirləndirərək 20 il müddətinə azadlıqdan məhrum edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR