Bank Of Baku

Leon Panetta: İran hələ də ABŞ üçün təhlükə olaraq qalır

Leon Panetta: İran hələ də ABŞ üçün təhlükə olaraq qalır
# 01 aprel 2012 00:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Taliban” hərəkatı ilə bağlı müsbət nəticələr əldə edilib, amma İran hələ də ABŞ üçün böyük bir təhlükə olaraq qalır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon) Leon Panetta deyib. O bildirib ki, Əfqanıstanda 5 il əvvəllə müqayisədə şiddətli zorakılıq azalıb, “Taliban” hərəkatı zəifləyib: “İran Əfqanıstanın qonşusudur və hələlik ABŞ üçün təhlükə olaraq qalmaqdadır. İsrail İrana hücum edəcəyi təqdirdə, biz özümüzü müdafiə etməliyik. Ola bilər ki, İranla müharibə ehtimal ediləndən daha tez baş versin. Ümid edirəm ki, Konqres Pentaqonun büdcəsini azaltmayacaq”. L. Panetta əlavə edib ki, Pentaqonun büdcəsini azaltmaq Konqres tərəfindən böyük bir məsuliyyətsizlik olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR