Bank Of Baku

Barak Obama: ABŞ İrandan neft alan şirkətlərə və maliyyə müəssisələrinə də sanksiyalar tətbiq edə bilər

Barak Obama: ABŞ İrandan neft alan şirkətlərə və maliyyə müəssisələrinə də sanksiyalar tətbiq edə bilər
# 01 aprel 2012 02:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ İrandan neft alan şirkətlərə və müəssisələrə də sanksiya tətbiq edə bilər”. APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama deyib. O bildirib ki, belə bir qərarın qəbulu İranın neft və enerji sektoruna böyük bir zərbə vura bilər: “İrandan neft alan ölkələr gərək ya bu ölkə ilə neft ticarətini, ya da ABŞ-ın tətbiq etdiyi sanksiyanı seçsinlər. Mən bu məsələni yaxından araşdırıram. Digər ölkələrin neft istehsalı İran neftinin yaradacığı boşluğu dolduracaq. Dünya bazarı İrandan neft alışını azalda bilər”.
ABŞ Konqresinə təqdim olunmuş qanun layihəsinə görə, B. Obama İran neftinin ixracının məhdudlaşdırılması ilə bağlı qərar verməlidir. Yeni layihəyə əsasən, hər 6 aydan bir vəziyyət araşdırılacaq. Bu qanun B. Obamaya iyunun 28-dən etibarən İranla neft ticarəti edən şirkətlərə və maliyyə müəssisələrinə sanksiya tətbiq etməyə, eləcə də onları ABŞ maliyyə sistemindən çıxarmağa icazə verir.
Qeyd edək ki, B. Obamanın çıxışından bir neçə saat öncə Türkiyə İrandan neft idxalını 10% azaldacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR