Bank Of Baku

Hillari Klinton: İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq” ölkələri arasında müzakirələr aprelin 13-14-də İstanbulda keçiriləcək

Hillari Klinton: İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq” ölkələri arasında müzakirələr aprelin 13-14-də İstanbulda keçiriləcək
# 01 aprel 2012 04:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq” ölkələri arasında müzakirələr aprelin 13-14-də İstanbulda keçiriləcək”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Hillari Klinton Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Səud əl-Faysal ilə keçirdiyi ortaq mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, budəfəki görüşün əsas prioriteti İranın nüvə silahına sahib olmasına imkan verən uranı yüksək səviyyədə zənginləşdirməsinə maneə törətməkdir: “Siyasətimiz İranın nüvə proqramının qarşısını almaqdır, məhdudlaşdırmaq deyil. Bu ölkənin nüvə silahı əldə etməsinə maneə törətməkdə qərarlıyıq. İran rəhbərliyinin mübahisəli nüvə proqramı ilə bağlı ciddi, inandırıcı bir görüşməyə hazır olub-olmadığı yaxında açıqlıq qazanacaq. Doğru seçim etmək İrana qalıb. Çünki bu ölkənin diplomatik yolla problemi həll etmək üçün az vaxtı qalıb. İrana verilən fürsət sonsuza qədər davam etməyəcək. Çünki bu ölkəyə qarşı iqtisadi təzyiqlər də günbəgün artır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR