Bank Of Baku

Hillari Klinton: Ümid edirəm ki, İran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək

Hillari Klinton: Ümid edirəm ki, İran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək
# 04 aprel 2012 04:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ İranın da nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etməyə haqqı var. Lakin öncə beynəlxalq aləm Tehranın nüvə proqramının hərbi məqsəd daşımadığına əmin olmalıdır”. APA-nın “İRİB”ə istinadən məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərin suallarını cavablandırarkən deyib. İranla “altılıq” ölkələri arasında müzakirələrin keçirilməsini dəyərləndirən H.Klinton bildirib ki, bu nəticənin əldə edilməsində Rusiyanın və Çinin əməyi var: “Bu fəaliyyətdə xüsusi ilə Rusiyanın və Çinin faydalı rolu olub. Onları da İranın nüvə proqramı ciddi narahat edir. Mən diplomatam. Mənim işim çətin problemlərin sülh yolu ilə həllinə nail olmaqdır. Bura İranın nüvə proqramı da daxildir. Ümid edirəm ki, İran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR