Bank Of Baku

ABŞ və «Müsəlman qardaşlar»ın rəhbərlikləri arasında görüş keçirilib

ABŞ və «Müsəlman qardaşlar»ın rəhbərlikləri arasında görüş keçirilib
# 05 aprel 2012 03:53 (UTC +04:00)
Bakı-APA. Ağ Ev ABŞ rəhbərliyinin Misirdə keçirilmiş parlament seçkilərində qələbə qazanmış «Müsəlman qardaşlar» təşkilatının üzvləri ilə görüşdüyünü etiraf edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ Milli təhlükəsizlik şurasının rəsmi nümayəndəsi Tommi Vitor məlumat verib.

Onun sözlərinə görə, «Müsəlman qardaşlar»ın bir neçə nümayəndəsi hazırda Vaşinqtondadırlar və Ağ Evdə xarici siyasətə məsul olan yüksək vəzifəli administrasiya məmurları ilə görüşüblər.

Vitor həmçinin bildirib ki, Con Makkeyn və Lindsi Qremin də daxil olduqları senatorlar qrupu da «Müsəlman qardaşlar»ı qəbul edib.

Lakin Milli təhlükəsizlik şurasının nümayəndəsi danışıqların mövzusu barədə məlumat verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR