Bank Of Baku

Argentinada avtobusun dərəyə yuvarlanması nəticəsində 12 nəfər həlak olub

Argentinada avtobusun dərəyə yuvarlanması nəticəsində 12 nəfər həlak olub
# 07 aprel 2012 08:51 (UTC +04:00)
Bakı - APA. Argentinada sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ən azı 12 nəfər, o cümlədən 3 uşaq həlak olub, 50-dən çox adam yaralanıb.

APA-nın xəbərinə görə, hadisə paytaxt Buenos-Ayresdən 1,7 min km şimal-qərbdə, Jujuy əyalətinin Barsena yaşayış məntəqəsində baş verib.

Yerli yol polisinin nümayəndəsi Nazario Torres “C5N” telekanalına açıqlamasında bildirib ki, “Potosi” nəqliyyat firmasına məxsus ikimərtəbəli avtobusda 66 sərnişin, iki sürücü və stüardessa olub. Boliviyanın Villaozn şəhərindən Buenos-Ayresə istiqamət götürən avtobus döngədə 4 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Yeddi sərnişin hadisə yerində həlak olub, daha beş nəfər xəstəxana dünyasını dəyişib. İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün yolun təhlükəli hissəsində sürət rejiminə əməl etməməsi olub. Avtobusda Boliviya və Argentina vətəndaşlarından başqa, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Kanada və Perudan turistlər də olub.

Qeyd edək ki, 40 mln. nəfər əhalisi olan Argentinada 13,5 mln. avtonəqliyyat vasitəsi var. Hər il bu ölkədə baş verən yol-nəqliyyat hadisələrində 7 min nəfər həlak olur, 40 min nəfər yaralanır ki, bu da dünyada ən pis göstəricilərdən sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR